İranda azərbaycanlı fəal həbs edildi
14 yanvar 2013 01:05 (UTC +04:00)

İranda azərbaycanlı fəal həbs edildi

İranın Şərqi Azərbaycan vilayətinin mərkəzi Təbriz şəhərində tanınmış azərbaycanlı fəal yanvarın 13-də həbs edilib.

 

APA-nın məlumatına görə, İranın İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən yerli vaxtla saat 16:00-da tutulan Əmir Çəməninin harada saxlanılması ilə bağlı hələlik məlumat yoxdur.

 

Qeyd edək ki, daha öncə də həbs edilən Ə. Çəməni hökumət əleyhinə təbliğat aparmaqla, İranın ali dini liderini və prezidentini təhqir etməklə ittiham olunub.

 

50 milyon tümən zəmanətlə məhkəməyədək müvəqqəti azadlığa buraxılan azərbaycanlı fəalın işinə 2012-ci il iyulun 5-də Təbriz İnqilab Məhkəməsində baxılıb.

 

Ə. Çəməni  9 ay 1 gün həbs və  40 zərbə şallaq cəzasına məhkum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 593
avatar

Oxşar yazılar