İran parlamentində Qarabağ müzakirələri
04 aprel 2016 18:39 (UTC +04:00)

İran parlamentində Qarabağ müzakirələri

 

 

“İranın xaric işlər naziri Məhəmməd Cavad Zərif azərbaycanlı və ermənistanlı həmkarları ilə Qarabağda münaqişəni dayandırmaq məsələsini müzakirə edəcək”.

 

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran parlamentinin Xarici siyasət və milli təhlükəsizlik komissiyasının üzvü İbrahim Ağaməhəmmədi deyib. O bildirib ki, bu gün parlamentin üzvü olduğu komissiya Qarabağ məsələsini müzakirəyə çıxarıb: “Bugünkü iclasda Xarici İşlər Nazirliyinin eksperti  iştirak etdi və Azərbaycanla Ermənistan arasında Qarabağ bölgəsində baş verən qarşıdurma haqqında danışdı”.

 

İ. Ağaməhəmmədi qeyd edib ki, İran İslam Respublikasının mövqeyi münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həll edilməsidir: “İran çalışır ki, qarşıdurma davam etməsin və atəşkəs olsun”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 251
avatar

APA Baycan

Oxşar yazılar