İnsan hüquqlarına dair yeni kitab
25 iyun 2015 19:21 (UTC +04:00)

İnsan hüquqlarına dair yeni kitab

 

 

Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Elşən Nəsibovun yeni kitabı çapdan çıxıb.

 

Lent.az-ın xəbərinə görə, "İnsan hüquqları anlayışının keçici və bağlayıcı əsaslarla dərk olunması" adlanan bu əsərdə də məzmun etibarilə “insan hüquqları” anlayışına fəlsəfi aspektdən yanaşılır, anlayışın keçici və bağlayıcı əsaslarla dərk olunmasını şərh edilir.

 

Müəllif anlayışın keçici və bağlayıcı məzmununu yaradan tərkib hissələri tədqiqat obyektinə cəlb edir, elementlərin sistemli əlaqələrini izah edir. Tərkib hissələrin keçicilik və bağlayıcılıq üçün səbəb olmasının əsaslarını izah edir. Əsərdə dərketmə zamanı fikirlərdə dəyişən və genişlənən müstəvidə bağlayıcılığın və keçiciliyin fəlsəfi kateqoriyaları artır. Hüquqların dəyişən tərkibini yaradan faktorlar təsnif olunur.

 

Əsərdə belə qənaətə gəlinir ki, insan hüquqlarının təkamülünü meydana gətirən faktorlar onun bağlayıcılığını və keçiciliyini şərtləndirən faktorlardır. Təkamül zamanla əlaqəlidir və dəyişdirici amillərə söykənir. Hüquqların təkamülü onun inkişaf mərhələlərini formalaşdırır. Təkamülə siyasi və sosial amillər, iqtisadi resurslar təsir edir.

 

Kitabda insanların gələcək hüquqlarının meydana gəlməsi səbəbləri izah olunur. Qərara gəlinir ki, gələcək hüquqlar həm mövcud resurslardan başlanılaraq ardıcıl zamanla təmin olunur, həm də gələcək nəzəri fikirlər əvvəlcə yaradılır, sonra da resurslar ona doğru yönləndirilir. Bu aspektdə insan hüquqlarının təkamül və inkişafında induktiv və deduktiv əsaslı proseslər yaşanır.

 

Kitab hüquq fəlsəfəsi ilə maraqlananlar, o cümlədən hüquqların futuroloji əsaslarını öyrənmək istəyən araşdırıcılar üçün fikir istiqamətləndiriciliyi baxımından faydalı ola bilər. Həmçinin hüquq sahəsində çalışan mütəxəssislər üçün də düşüncələrini  istiqamətləndirmək baxımından  səmərəli olar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 201
avatar

Oxşar yazılar