<b>İlham Əliyev Venesuela Prezidenti ilə görüşüb - <span style="color:red;">FOTO </b>
10 oktyabr 2016 11:38 (UTC +04:00)

İlham Əliyev Venesuela Prezidenti ilə görüşüb - FOTO

 

Venesuela və Azərbaycan arasında müxtəlif sahələrdə əlaqələrin möhkəmləndirilməsi üçün səylərin artırılması vacibdir. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, bunu prezident İlham Əliyev Venesuela Respublikasının Prezidenti Nikolas Maduro ilə İstanbulda görüşü zamanı deyib. Dövlət başçısı bildirib ki, hər iki ölkə arasında iqtisadi münasibətlərin genişləndirilməsi üçün çox yaxşı potensial mövcuddur. Görüşdə həmçinin neft istehsalçısı və ixracatçısı olan Azərbaycanın və Venesuelanın OPEC və qeyri-OPEC dövlətləri ilə əlaqələrinin intensivləşdirilməsinin əhəmiyyəti qeyd olunub. Həmçinin müxtəlif sahələrə, o cümlədən energetika sahəsinə qarşılıqlı investisiyalar yatırılması üçün yaxşı imkanların olduğu bildirilib. Söhbət zamanı turizm sahəsində əlaqələrin genişlənməsində viza rejiminin sadələşdirilməsinin yaxşı imkan yaradacağı da diqqətə çatdırılıb. Turizm, mədəniyyət, kənd təsərrüfatı, maliyyə və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə müxtəlif səviyyəli qarşılıqlı səfərlərin gələcəkdə Azərbaycan və Venesuela münasibətlərinin dərinləşməsi işinə xidmət edəcəyi vurğulanıb. Neftin qiymətinin sabitləşdirilməsinin önəminə toxunularaq, bunun üçün OPEC və qeyri-OPEC dövlətləri arasında qarşılıqlı fəaliyyətin həyata keçirilməsinin əhəmiyyəti qeyd edilib.

 

***

 

11:38

 

Prezident İlham Əliyevin və Venesuela Prezidenti Nikolas Maduronun görüşü olub.

 

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə,  oktyabrın 10-da İstanbulda Prezident İlham Əliyevlə Venesuela Respublikasının Prezidenti Nikolas Maduro görüşüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 169
avatar

Oxşar yazılar