Azərbaycan və Ermənistan prezidentləri Parisdə görüşdülər - YENİLƏNİB
27 oktyabr 2014 23:16 (UTC +04:00)

Azərbaycan və Ermənistan prezidentləri Parisdə görüşdülər - YENİLƏNİB

0

Oktyabrın 27-də Parisdə Azərbaycan prezidenti İlham Əliyevin və Ermənistan prezidenti Serj Sarkisyanın ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə görüşü olub.

 

APA-nın xəbərinə görə,  bu barədə Azərbaycan Prezidentinin rəsmi saytı xəbər yayıb.

 

Xəbərdə qeyd olunub ki, sonra Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib.

*** 

19:29

Parisdə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın görüşü olub.


 

APA-nın məlumatına görə, bu barədə Ermənistan prezidentinin  mətbuat katibi Arman Saqatelyan öz “Twitter” səhifəsində yazıb.

 

Qeyd edək ki, bundan əvvəl prezidentlərin Minsk Qrupunun həmsədrləri İqor Popov, Pyer Andriye və Ceyms Uorlikin iştirakı ilə birgə görüşü baş tutub.

Bu görüşdən əvvəl Fransa prezidenti Fransua Ollandın Yelisey sarayında Azərbaycan və Ermənistan prezidentləri ilə ayrı-ayrılıqda görüşləri olub.

 

Bu gün Bakı vaxtı ilə saat 22:00-da isə üç ölkənin prezidentlərinin birgə görüşü baş tutacaq.

 

İki saat davam edəcəyi planlaşdırılan görüşdən sonra rəsmi şam yeməyi olacaq.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5283

Oxşar yazılar