İlham Əliyev Sosialist İnternasionalın baş katibini qəbul etdi
27 iyun 2015 15:54 (UTC +04:00)

İlham Əliyev Sosialist İnternasionalın baş katibini qəbul etdi

Prezidenti İlham Əliyev iyunun 27-də Sosialist İnternasionalın baş katibi Luis Ayalanı qəbul edib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, Luis Ayala Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu və yarışların dünyada maraqla izlənildiyini vurğulayıb. 

 

Dövlət başçısı bu mötəbər idman yarışında Avropanın 50 Olimpiya komitəsinin, 6 minə yaxın idmançının və xeyli sayda qonaqların iştirakının əhəmiyyətini vurğulayıb.

Görüşdə Birinci Avropa Oyunlarının xalqlar arası əməkdaşlığın genişləndirilməsi işinə verdiyi töhfənin əhəmiyyəti qeyd olunub. Azərbaycanla Sosialist İnternasionalı arasında əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 219
avatar

Oxşar yazılar