Prezident İlham Əliyev martın11-də Finlandiya Respublikasının sabiq Prezidenti xanım Tarya Haloneni qəbul edib. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi IV Qlobal Bakı Forumun yüksək səviyyədə keçirilməsindən məmnunluq ifadə edilib. Forumun artıq aparıcı beynəlxalq müzakirə məkanları ilə eyni sırada dayandığı vurğulanıb. Tədbirdə müzakirə edilən məsələlərin beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə xidmət edəcəyi əminliklə qeyd olunub.
Prezidenti İlham Əliyev martın 11-də Latviya Respublikasının sabiq Prezidenti Valdis Zatlersi də qəbul edib. Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi Qlobal Bakı Forumunun yaxşı ənənəyə çevrildiyi və tədbirə olan marağın ildən-ilə artdığı vurğulanıb. Forumda müzakirə edilən məsələlərin əhatə dairəsinin getdikcə daha da genişləndiyi və aktuallığı ilə diqqəti cəlb etdiyi bildirilib. Tədbirin əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün yaxşı imkan yaratdığı qeyd edilib.