Prezident İlham Əliyev Rusiya Federasiyasının prezidenti Vladimir Putinə başsağlığı verib. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, məktubda deyilir:
“Hörmətli Vladimir Vladimiroviç.
Sankt-Peterburq metrosunda baş vermiş partlayış nəticəsində insan tələfatı haqqında xəbər məni dərindən sarsıtdı.
Biz heç bir təqsiri olmayan dinc vətəndaşlara qarşı yönəlmiş hər bir əməli qətiyyətlə pisləyirik.
Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Zərərçəkmişlərin hamısının tezliklə sağalmasını arzu edirəm”.