Prezident İlham Əliyev Nursultan Nazarbayevə zəng edib
27 aprel 2015 16:03 (UTC +04:00)

Prezident İlham Əliyev Nursultan Nazarbayevə zəng edib

Aprelin 27-də Azərbaycan prezidenti İlham Əliyev Qazaxıstan prezidenti Nursultan Nazarbayevə zəng edib. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, dövlət başçısı Nursultan Nazarbayevi prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib, ona ali dövləti fəaliyyətində yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulayıb.

 

Qazaxıstan prezidenti göstərilən diqqətə və təbriklərinə görə prezident İlham Əliyevə minnətdarlığını bildirib.

 

Dövlət başçıları Azərbaycan ilə Qazaxıstan arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 154
avatar

Oxşar yazılar