İlham Əliyev Moldovanın baş naziri ilə görüşüb
16 sentyabr 2016 13:13 (UTC +04:00)

İlham Əliyev Moldovanın baş naziri ilə görüşüb

0

Prezident İlham Əliyev sentyabrın 16-da Bişkekdə Moldova Respublikasının Baş naziri Pavel Filip ilə görüşüb. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, görüşdə ölkələr arasında münasibətlərin yaxşı səviyyədə olduğu bildirilib, əlaqələrin böyük potensiala malik olmasından məmnunluq ifadə edilib. Azərbaycan və Moldovanın beynəlxalq təşkilatlar çərçivəsindəki əməkdaşlığının yüksək səviyyədə olduğu vurğulanıb. Ölkələr arasında əməkdaşlığın daha da inkişaf etdirilməsində hər iki tərəfin maraqlı olduğu diqqətə çatdırılıb, iqtisadi, ticari, nəqliyyat, energetika, sərmayə qoyuluşu, kənd təsərrüfatı sahələrində yaxşı əməkdaşlığın mövcudluğu qeyd edilib.

 

Hökumətlərarası komissiyanın fəaliyyətinin daha da fəallaşdırılması, bu istiqamətdə qarşılıqlı səfərlərin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 273

Oxşar yazılar