İlham Əliyev Macarıstan Milli Assambleyasının sədrini qəbul edib
17 iyun 2015 14:35 (UTC +04:00)

İlham Əliyev Macarıstan Milli Assambleyasının sədrini qəbul edib

Prezidenti İlham Əliyev Macarıstan Respublikasının Milli Assambleyasının sədri Laszlo Köverin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycan ilə Macarıstan arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayan prezident İlham Əliyev Macarıstana sonuncu səfərini məmnunluqla xatırlayıb. Ölkələrimiz arasında parlamentlərarası əməkdaşlığın da fəal şəkildə inkişaf etdiyini bildirən dövlət başçısı ikitərəfli münasibətlərimizin müxtəlif istiqamətlərdə daha da möhkəmləndirilməsi üçün yaxşı imkanların olduğunu deyib.

 

Prezident İlham Əliyev Macarıstan Respublikasının Milli Assambleyasının sədri Laszlo Köverin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin parlamentlərarası əlaqələrimizin inkişafı işinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib. Dövlət başçısı səfərin ölkəmizlə yaxından tanış olmaq üçün yaxşı fürsət yaradacağına da əminliyini ifadə edib.

 

Prezident İlham Əliyevin Macarıstana son səfərinə toxunan Laszlo Köver səfərin mühüm əhəmiyyət daşıdığını və səfər çərçivəsində imzalanan sənədlərin əlaqələrimizin daha da genişləndirilməsi baxımından önəmini qeyd edib. Macarıstanlı qonaq birinci Avropa Oyunlarının ölkəmizdə yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb.

 

Görüşdə ölkələrimiz arasında əlaqələrin enerji, təhsil, səhiyyə və digər sahələrdə daha da inkişaf etdirilməsı ilə bağlı məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 148

Oxşar yazılar