Prezident İlham Əliyev iyulun 24-də İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rafael Harpazı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Lent.az-ın Azərtac-a istinadən məlumatına görə, Rafael Harpazın ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan ilə İsrail arasında əlaqələrin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirən dövlət başçısı gələcək fəaliyyətində ona uğurlar arzulayıb.
Səfir prezident İlham Əliyevə minnətdarlığını bildirib və qeyd edib ki, Azərbaycan ilə bağlı xoş xatirələr onun qəlbində daim yaşayacaq.
Görüşdə Azərbaycan ilə İsrail arasında ikitərəfli münasibətlərin müxtəlif aspektləri müzakirə edilib, əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.