İlham Əliyev Gürcüstanın baş naziri ilə görüşüb
22 yanvar 2016 13:30 (UTC +04:00)

İlham Əliyev Gürcüstanın baş naziri ilə görüşüb

 
Azərbaycan prezidenti İlham Əliyev Davosda Gürcüstan baş naziri Giorgi Kvirikaşvili ilə görüşüb.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstan baş nazirinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə iki ölkə arasındakı mehriban qonşuluq münasibətləri və strateji tərəfdaşlıq məsələləri müzakirə olunub.

 

Söhbət zamanı Gürcüstanla Azərbaycan arasında siyasi, iqtisadi və enerji siyasəti sahəsində əməkdaşlığın yüksək səviyyədə inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 163
avatar

Oxşar yazılar