Prezident İlham Əliyev Estoniya Respublikasının yeni seçilmiş Prezidenti xanım Kersti Kalyulaydı prezident seçilməsi münasibətilə təbrik edib. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, təbrikdə belə deyilir:
“Hörmətli xanım Kalyulayd,
Estoniya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan-Estoniya əlaqələrinin genişlənməsi, ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Estoniya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.