İlham Əliyev Brüsseldəki terrora görə başsağlığı verdi
22 mart 2016 13:38 (UTC +04:00)

İlham Əliyev Brüsseldəki terrora görə başsağlığı verdi

 

Prezident İlham Əliyev Belçika Krallığının Baş naziri  Şarl Mişelə bu gün Brüsseldə yaşanan terror hadisələrində insan tələfatı və yaralananlarla bağlı başsağlığı verib.

 

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, başsağlığında belə deyilir:

 

"Hörmətli cənab Baş nazir,

Brüssel şəhərində törədilmiş partlayışlar nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi.

Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorun bütün təzahürlərini qətiyyətlə pisləyir, terrorizmə qarşı mübarizəni hər cür dəstəkləyirik.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Belçika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram".

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 153
avatar

Oxşar yazılar