"Qəzaya uğramış təyyarədə azərbaycanlı olmayıb" - <span style="color:red;">Səfirlik
19 mart 2016 14:11 (UTC +04:00)

"Qəzaya uğramış təyyarədə azərbaycanlı olmayıb" - Səfirlik

Rusiyanın Rostov şəhərində baş verən təyyarə qəzasında ölənlər arasında Azərbaycan vətəndaşı yoxdur.

Bu barədə APA-nın Moskva müxbirinə Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun göstərişinə əsasən təyyarə qəzasında ölənlər arasında Azərbaycan vətəndaşının olub-olmaması ilə bağlı Rusiya Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi ilə əlaqə saxlanılıb. Mərkəzdən qəzada ölənlər arasında Azərbaycan vətəndaşının olmadığı deyilib.

 

Qeyd edək, Dubay-Rostov reysi ilə uçan Boing-738 təyyarəsi gecə saatlarında qəzaya uğrayıb. İlkin məlumatlara görə, qəzaya səbəb pilotun səhvi və yaxud pis hava şəraiti olub. Qəza nəticəsində 62 nəfər ölüb.

 

Xatırladaq ki, Rusiyanın rostov.kp.ru saytı qəzaya uğrayan təyyarənin göyərtəsində Rusiya vətəndaşları ilə yanaşı, Azərbaycan, Ukrayna və Hindistan vətəndaşlarının olduğu barədə məlumat yayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 244
avatar

Oxşar yazılar