Azərbaycan prezidenti İlham Əliyev martın 31-də Vaşinqtonda ABŞ-ın ictimai xadimləri – “Armitage International” şirkətinin prezidenti Riçard Armitac və Karnegi Fondunun prezidenti Uilyam Börns ilə görüşüb.
Lent.az-ın prezidentin saytına istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycan ilə ABŞ arasında əlaqələrin daha da genişlənməsi və möhkəmlənməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Ötən dövrdə Azərbaycan ilə ABŞ-ın enerji, təhlükəsizlik, sülhyaratma və digər sahələrdə yaxşı əməkdaşlığının olduğu vurğulanıb. Ölkələrimiz arasında münasibətlərin güclü təməl üzərində qurulduğu, hazırda əlaqələrin yeni mərhələyə daxil olduğu qeyd edilib. Azərbaycan-ABŞ əməkdaşlığının bundan sonra da bütün sahələrdə genişlənəcəyinə və möhkəmlənəcəyinə əminlik ifadə olunub.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti ətrafında fikir mübadiləsi aparılıb.