İlham Əliyev: “Regionda yeni enerji xəritəsi yaratmışıq”
28 aprel 2015 11:20 (UTC +04:00)

İlham Əliyev: “Regionda yeni enerji xəritəsi yaratmışıq”

 

“Azərbaycan enerji daşıyıcılarının təchizatı sahəsində rolunu gücləndirir. Regionda yeni enerji xəritəsi yaratmışıq”.


APA-nın məlumatına görə, bu sözləri Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən III Qlobal Açıq Cəmiyyətlər Forumunun açılışında çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib. 

Dövlət başçısı bildirib ki, nəinki Azərbaycanın öz enerji resursları, hətta Xəzərin şərqindəki enerji ehtiyatları da yaradılan infrastrukturla dünya bazarlarına çıxarılacaq: “TANAP layihəsi artıq başlayıb, daha sonra TAP layihəsi icra olunacaq. Bolqarıstan da Azərbaycanın enerji siyasətinin bir hissəsi olacaq. Əminəm ki, Balkan regionunda yerləşən ölkələr gələcəkdə bizim layihələrə qoşulacaq. Azərbaycanın nəhəng enerji ehtiyatları var, 2018-2019-cu illərdə bu layihələr icra olunmalıdır. Bununla bağlı Bakıda Məşvərət Şurasının iclası keçirilib”. 

Prezident qeyd edib ki, enerji təchizatının şaxələndirilməsi milli təhlükəsizlik məsələsi kimi qəbul edilməlidir: “Avropa üçün yeganə təbii enerji mənbəyi Azərbaycandır. Biz başqa enerji təchizatçıları ilə rəqabət apardığımızı demirik. Azərbaycan növbəti ay Riqa sammitində iştirak edəcək. Avropa Birliyinin 7 ölkəsi ilə enerji sahəsində əməkdaşlıqla bağlı saziş imzalamışıq. İnanıram ki, Avropa Birliyi müxtəlif ölkələrlə müxtəlif əməkdaşlıq formatlarına, o cümlədən Azərbaycanla strateji tərəfdaşlıq formatına üstünlük verəcək”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 218
avatar

Oxşar yazılar