Bu gün İctimai Palatanın Koordinasiya Şurasının növbədənkənar iclası keçirilib.
Koordinasiya Şurasının üzvü Zəfər Quliyevin APA-ya verdiyi məlumata görə, İsmayıllıda baş verən hadisələrə həsr olunan iclasda, adıçəkilən rayonda keçirilmiş kütləvi aksiya ilə bağlı bəyanat qəbul olunub. Bəyanatda baş verən olaylar zamanı güc tətbiqindən və həbslərdən narahatlıq ifadə olunub.
İclasda bu gün saat 16.00-da ictimaiyyət nümayəndələrinin, siyasi partiyaların, İsmayıllıdan olan vətəndaşların iştirakı ilə toplantı keçirilməsi də qərara alınıb.
Yığıncaq Müsavat Partiyasının qərargahında keçiriləcək.