"Yeni Azərbaycan" qəzetinə qarşı feysbuk təxribatı
24 dekabr 2015 12:51 (UTC +04:00)

"Yeni Azərbaycan" qəzetinə qarşı feysbuk təxribatı

Feysbuk sosial şəbəkəsində “Yeni Azərbaycan” qəzetinin saxta səhifəsi yaradılıb.

 

Lent.az-ın xəbərinə görə, bu barədə qəzetin baş redaktoru Hikmət Babaoğlu özü məlumat yayıb. Baş redaktor feysbuk istifadəçilərindən xahiş edib ki, həmin profili şikayət etsinlər və beləliklə profil bağlansın: “Hörmətli "Yeni Azərbaycan" qəzetinin oxucuları, son günlər feysbuk sosial şəbəkəsində özünü "Yeni Azərbaycan" qəzetinin səhifəsi kimi təqdim edən profil yaradılıb. Diqqətinizə çatdırmaq istərdik ki, təxribat xarakterli bu profilin "Yeni Azərbaycan" qəzeti ilə heç bir əlaqəsi yoxdur və orada paylaşılan milli dövlətçiliyimizə zidd fikirlər bizə məxsus deyil".

 

H.Babaoğlunun sözlərinə görə, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 188
avatar

Oxşar yazılar