Heydər Əliyev ilk dəfə səs verdi
01 noyabr 2015 10:37 (UTC +04:00)

Heydər Əliyev ilk dəfə səs verdi

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev ilk dəfə səs verib. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, Bakı şəhərinin 29 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsində prezidenti İlham Əliyev xanımı Mehriban Əliyeva və ailə üzvləri ilə birlikdə səs verib.

Məntəqə seçki komissiyasının sədri Rüfət Həsənov ilk dəfə səs verməsi münasibətilə ölkə başçısının oğlu Heydər Əliyevi Mərkəzi Seçki Komissiyasının adından təbrik edib.

Qeyd edək ki, bu seçki məntəqəsində 696 seçici qeydiyyata alınıb.

Məntəqədə səsvermənin gedişini xarici müşahidəçilər, habelə qeyri-hökumət təşkilatlarının, müxtəlif siyasi partiyaların və namizədlərin nümayəndələri izləyiblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 225
avatar

Oxşar yazılar