APA-nın xəbərinə görə, bu barədə Həştərxan qubernatorunun administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Həştərxanda keçiriləcək 4-cü Xəzər sammiti zamanı istifadəyə veriləcək bağçanın açılışına Azərbaycan prezidenti İlham Əliyevin də qatılması gözlənilir.
Məlumatda bildirilib ki, 240 yerlik uşaq bağçası Heydər Əliyev Fondu tərəfindən bir neçə il əvvəl əsaslı təmir olunmuş 11 saylı orta məktəblə əməkdaşlıq edəcək.