ATƏT Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlarda iştirak etmək üçün regiona yola düşüb. Görüşlərin sabah Bakıda baş tutacağı planlaşdırılıb.
“Bizə atəşin dərhal dayandırılması və hərtərəfli nizamlanmaya gətirəcək danışıqlar gərəkdir. Səhər baş tutacaq görüşlərdə iştirak etmək üçün hazırda Bakıya doğru yoldayam”, - deyə o Twitter səhifəsində bölüşüb.
Qeyd edək ki, bu gün Vyanada ATƏT-in Minsk Qrupuun geniş formatda yığıncağı keçirilib. İclasda Minsk Qrupunun həmsədri Ceyms Uorlikin hesabatı dinlənilib.
Həmsədrlərdən İqor Popov və Pyer Andryunun Daimi Şuranın iclasını gözləmədən regiona yollanıb, Ceyms Uorlikin isə daha sonra onlara qatılacağı bildirilmişdi.
Həmsədrlər Bakı, Xankəndi və İrəvanda danışıqlar keçirməyi, Dağlıq Qarabağda qarşıdurmanın dayandırılmasına dair tədbirləri və danışıqlar prosesinin bərpa olunması yollarını müzakirə etməyi planlaşdırırlar.
Həmsədrlərin daha sonra Vyanaya ATƏT üzvlərinə görülən səylər barədə hesabat təqdim edəcəkləri gözlənilir.