Həmsədrlərin Xankəndidə görüşü zamanı ardıcıl partlayışlar baş verib
08 aprel 2016 10:13 (UTC +04:00)

Həmsədrlərin Xankəndidə görüşü zamanı ardıcıl partlayışlar baş verib

 

ATƏT-in Minsk qrupu həmsədrlərinin separatçı Dağlıq Qarabağ rejiminin rəhbəri Bako Saakyanla görüşü zamanı Xankəndinin mərkəzində güclü partlayışlar baş verib.

 

APA-nın məlumatına görə, RİA "Novosti” agentliyinin Xankəndidə olan müxbiri xəbər verir ki, eyni vaxtda şəhərin kənarından pulemyot səsləri də eşidilib, havada işıqsaçan güllələr görünüb.

 

Hadisə barədə hələlik əlavə məlumat yoxdur.

 

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri bundan əvvəl Bakıda olub. Onlar Xankəndidən sonra İrəvana gedərək, Ermənistan rəhbərliyi ilə görüş  keçirəcək, regiona səfərin yekunu olaraq birgə bəyanat yayacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 275
avatar

Oxşar yazılar