[b]Həmsədrlərin İrəvandan açıqlaması [/b]
09 aprel 2016 20:27 (UTC +04:00)

[b]Həmsədrlərin İrəvandan açıqlaması [/b]

 ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andrie (Fransa) və ATƏT sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşik bu gün İrəvanda Ermənistan prezidenti Serj Sarkisyanla görüşüblər.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Ermənistan prezidentinin mətbuat xidmətinin yaydığı məlumata əsasən,  Serj Sarkisyan və həmsədrlər Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs rejiminin qorunmasının vacibliyini vurğulayıblar.   

 

“Tərəflər  atəşkəs rejiminin qorunmasının, etimadın və sülh danışıqlarının bərpa olunması üzrə tədbirlərin tezliklə həyata keçirilməsinin vacibliyini vurğulayıblar”, - deyə məlumatda bildirilib.

 

Rusiyalı həmsədr İqor Popov jurnalistlərə münaqişə  tərəflərinin danışıqlara hazır olduğunu bildirib.

 

“Tərəflər münaqişənin həllinə dair danışıqlara hazırdırlar, onlar, ən azından, aprelin 5-də Moskvada əldə olunan atəşkəsin qorunmasına hazır olduqlarını nümayiş etdirirlər”, deyə Popov bildirib.    

 

Onun sözlərinə görə, atəşkəsin qorunması üçün tərəfləri danışıqlar masasına əyləşdirmək gərəkdir: “Əsas məsələ vəziyyətin sabitləşdirilməsi üçün tərəflərə kömək etmək və hərbi əməliyyatların təkrarlanmaması üçün tədbirlər görməkdir”, - deyə Popov qeyd edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 236
avatar

Oxşar yazılar