Gürcüstan Dağlıq Qarabağda keçiriləcək “seçkiləri” tanımayacaq
04 may 2015 16:28 (UTC +04:00)

Gürcüstan Dağlıq Qarabağda keçiriləcək “seçkiləri” tanımayacaq

 

 

İşğal olunmuş ərazilərdə keçirilən seçkilər beynəlxalq hüququn ciddi şəkildə pozulmasıdır"

 

“Rəsmi Tbilisi Azərbaycanın Dağlıq Qarabağ ərazisində keçirilən "parlament seçkiləri"nin nəticələrini tanımır”. APA-nın “agenda.ge” saytına istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

 Nazirlikdən bildiriblər ki, "parlament seçkiləri"nin legitim əsası yoxdur: “Gürcüstan Xarici İşlər Nazirliyi Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstəyini bir daha bəyan edir. İşğal olunmuş ərazilərdə keçirilən "seçkilər" beynəlxalq hüququn ciddi şəkildə pozulmasıdır. Gürcüstan XİN ümid edir ki, tərəflər Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həlli üçün səylərini davam etdirəcək".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 90
avatar

Oxşar yazılar