<b>Fransa Senatının üzvündən  Ermənistana qarşı <span style="color:red;">BƏYANAT </b>
05 aprel 2016 10:29 (UTC +04:00)

Fransa Senatının üzvündən Ermənistana qarşı BƏYANAT

 

Fransa Senatının üzvü Jan-Mari Bokel Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən bəyanat yayıb.

Lent.az-ın Azərtac-a istinadən məlumatına görə, bəyanatda senator Jan-Mari Bokel çoxlu insan itkisinə, eləcə də bir neçə azərbaycanlı dinc əhalinin ölümü ilə nəticələnən Ermənistanın Azərbaycana qarşı təcavüzünü qəti şəkildə pisləyir.

Jan-Mari Bokel Ermənistanın Azərbaycanın torpaqlarını qeyri-qanuni işğalı ilə bağlı təmas xəttində baş vermiş son hadisələrin günahsız qurbanlarına rəhmət diləyir.

Fransalı senator Minsk qrupunun həmsədrlərinin münaqişədə diqqətsizliyinə və yalnız faciəli qarşıdurmaya gətirib çıxaran ədalətsiz status-kvonun illərdir saxlanmasına təəssüfləndiyini bildirir.

Senator qeyd edir ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra etməli və qoşunlarını Dağlıq Qarabağ da daxil olmaqla işğal etdiyi bütün Azərbaycan torpaqlarından dərhal və qeyri-şərtsiz çıxarmalıdır.

Jan-Mari Bokel Azərbaycan dövlətinin cavab tədbirlərini birtərəfli qaydada dayandırmaq qərarını alqışlayır və Ermənistanı da belə qərar qəbul etməyə çağırır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 248
avatar

Oxşar yazılar