Fransalı deputat: “Seçkilər Avropa standartlarına tam cavab verir”
01 noyabr 2015 19:54 (UTC +04:00)

Fransalı deputat: “Seçkilər Avropa standartlarına tam cavab verir”

0

“Mən bir sıra seçki məntəqələrində müşahidələrimi apardım və seçki prosesi insidentsiz keçdi”.

 
Bunu APA-ya açıqlamasında Avropa Seçki Müşahidə Akademiyasının üzvü, Fransa Milli Assambleyasının deputatı Tyerri Mariani bildirib. O deyib ki, Azərbaycanda keçirilən parlament seçkiləri Avropa standartlarına tam cavab verir: "Düşünürəm ki, seçkilərlə bağlı ümumi vəziyyət qənaətbəxşdir". 
 
Fransa Milli Assambleyasında Fransa-Azərbaycan dostluq qrupunun prezidenti Mişel Voisin isə artıq 8-ci dəfədir ki, Azərbaycandakı seçki prosesini izlədiyini söyləyib: “Hər dəfə beynəlxalq standartlara çatmaq baxımından bir sıra səylər və irəliləyişlər müşahidə edirəm".
  
M. Voisin qeyd edib ki, Azərbaycanda parlament seçkiləri normal şəraitdə keçib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 518

Oxşar yazılar