Prezident İlham Əliyev Estoniya Respublikasına yeni fövqəladə və səlahiyyətli səfir təyin edib. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, dövlət başçısının sərəncamı ilə Murad Nizami oğlu Nəcəfbəyli Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Prezidentin digər sərəncamları ilə Məmməd Bahəddin oğlu Əhmədzadə Azərbaycanın İtaliya Respublikasında, Daşqın Məzi oğlu Şikarov Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri təyin olunub.