Azərbaycanda və Şərqi Anadoluda soyqırımı reallıqları insan hüquqları kontekstində” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Bu barədə Lent.az-a Azərbaycan Milli Elmlər Akademiyasından məlumat verilib. Konfrans bu ilin aprel ayında AMEA İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunda baş tutacaq. Tədbirdə Azərbaycan, Türkiyə və Rusiyadan hüquq, siyasət, ilahiyyat, sosial və humanitar elmlər üzrə mütəxəssislər, elmi tədqiqatçılar, dövlət və qeyri-dövlət strukturlarının mövzu ilə əlaqəli məsul şəxslərinin iştirakı nəzərdə tutulub.
Konfransın məqsədi müasir dünyada insan hüquqlarının qorunması kontekstində soyqırımı reallıqlarının hüquqi və siyasi aspektlərini, beynəlxalq, regional və milli çərçivədə hüquqi sənədləri dəyərləndirməkdir.
Konfransda “Erməni genosidi XX yüzillikdə” və “Azərbaycan və Şərqi Anadoluda soyqırımı reallıqları” bölmələrində “Ermənistanın etnik təmizləmə siyasəti və cinayəti”, “Qarabağ müzakirə olunur: pozulan hüquqlar, dağıdılan sərvətlər” və s. mövzularda məruzələr dinlənilərək müzakirə ediləcək.