Erməni deputat AŞPA-da Azərbaycanla bağlı məruzələrin lehinə səs verib
26 yanvar 2016 18:34 (UTC +04:00)

Erməni deputat AŞPA-da Azərbaycanla bağlı məruzələrin lehinə səs verib

 

 

Türkiyənin AŞPA-dakı nümayəndə heyətinin üzvü, milliyyətcə erməni olan Markar Esayan qurumun bu gün keçirilən plenar iclasında qəbul edilən “Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi  adlı” məruzənin və qəbul olunmayan “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması" adlı məruzənin lehinə səs verib.

 

APA-nın xəbərinə görə, bu barədə “news.am” saytı məlumat yayıb. M. Esayan hakimiyyətdəki Ədalət və İnkişaf Partiyasının İstanbul millət vəkilidir.

 

Qeyd edək ki, AŞPA-nın qış sessiyasının bu gün keçirilən plenar iclasında məruzəçi Militsa Markoviçin hazırladığı “Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi" adlı sənədin lehinə 98, əleyhinə 71 deputat səs verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 250
avatar

Oxşar yazılar