Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın andiçmə mərasimindən sonra ilk xarici səfərlərini hansı ölkələrə edəcəyi açıqlanıb.
APA-nın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, R. T. Ərdoğan iyulun 10-da əvvəlcə Şimali Kipr, daha sonra Azərbaycana səfər edəcək.
Türkiyə prezidenti Şimali Kipr və Azərbaycana səfərindən sonra 11-12 iyul tarixlərində keçiriləcək NATO sammiti ilə əlaqədar Brüsselə yola düşəcək.