Elmar Qasımov İtaliya səfirini qəbul edib
16 yanvar 2013 11:24 (UTC +04:00)

Elmar Qasımov İtaliya səfirini qəbul edib

Mario Ciorcio Stefano Baldiyə Bakı Ali Neft Məktəbinin “Fəxri qonaq”  diplomu verilib

 

Bu gün İtaliyanın Azərbaycandakı səfiri Mario Ciorcio Stefano Baldi Bakı Ali Neft Məktəbində olub.

 

Lent.az-a verilən məlumata görə, Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Mario Ciorcio Stefano Baldi ilə görüşdə deyib ki, günü-gündən inkişaf edən ölkəmizdə beynəlxalq standartlara cavab verən kadrların hazırlanması gündəmdə olan əsas məsələlərdən biridir.

 

Prezident İlham Əliyevin “Neft kapitalını insan kapitalına çevirək” devizi də məhz  bunun əyani sübutudur . Bakı Ali Neft Məktəbinə ən yüksək göstəricilərə malik tələbələrin qəbul olunduğunu söyləyən Elmar Qasımov   hazırda  yüksək səviyyədə təchiz olunmuş binada fəaliyyət göstərən Bakı Ali Neft Məktəbi üçün yaxın gələcəkdə ən müasir tələblərə cavab verən kampusun salınacağını nəzərə çatdırıb. Elmar Qasımov Bakı Ali Neft Məktəbinin beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində görülən işlərdən danışıb, İtaliyanın elm və təhsil mərkəzləri ilə əməkdaşlıq əlaqələrinin  qurulmasının xüsusi maraq kəsb etdiyini  vurğulayıb.

 

Mario Ciorcio Stefano Baldi Azərbaycanda  ingilis dilində  tədris həyata  keçirən belə  müasir tipli  texniki ali məktəbin yaradılmasının vaxtında həyata  keçirilən çox önəmli bir  layihə olduğunu vurğulayıb. O, Bakı Ali Neft Məktəbi ilə İtaliyanın tanınmış Piza  Universiteti,  “Alfa Prosess Kontrol” şirkəti və  dünyada tanınmış ENİ şirkətinin Korporativ Universiteti  arasında  əməkdaşlıq əlaqələrinin yaradılması üçün lazımi  tədbirlərin həyata keçirilməsinə hazır olduğunu bildirib. Görüşün sonunda Mario Ciorcio Stefano Baldiyə Bakı Ali Neft Məktəbinin “Fəxri qonaq” diplomu verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 869
avatar

Oxşar yazılar