Xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasına yola düşüb.
XİN-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, E. Məmmədyarov aprelin 12-13-də İstanbul şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının İƏT-in “Ədalət və sülh naminə birlik və həmrəylik” mövzusunda 13-cü Zirvə toplantısına hazırlıq iclasında iştirak edəcək.
İclas çərçivəsində nazir Elmar Məmmədyarovun çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.