Xarici işlər naziri Elmar Məmmədyarov Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda törədilmiş terror aktı ilə əlaqədar Türkiyə Resrublikasının xarici işlər naziri Mevlüt Çavuşoğluna başsağlığı məktubu ünvanlayıb.
Nazirlikdən Lent.az-a verilən məlumata görə, məktubda həlak olmuş şəxslərin ailə üzvlərinə dərin hüznlə başsağlığı verilib və yaralananlara və xəsarət alanlara Allahdan şəfa diləndiyi qeyd olunub. Həmçinin, məktubda bu acı gündə Türkiyə xalqının dərdinin bölüşüldüyü və törədilmiş qəddar terror aktının qəti şəkildə pisləndiyi vurğulanıb.