Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Federasiyasında səfərdədir.
APA-nın Moskva müxbirinin məlumatına görə, nazir bu gün rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək. Görüşdə ikitərəfli münasibətlər və Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri müzakirə olunacaq.