Xarici işlər naziri Elmar Məmmədyarov İranın Ramsar şəhərində türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb.
APA-nın məlumatına görə, görüş Türkiyə, Azərbaycan, İran xarici işlər nazirlərinin üçtərəfli görüşü çərçivəsinə baş tutub.
Görüşdə ikitərəfli və regional məsələlər, təmas xəttində baş verən son gərginlik müzakirə olunub.