Elmar Məmmədyarov Minsk qrupu həmsədrləri ilə görüşəcək
22 iyul 2014 13:05 (UTC +04:00)

Elmar Məmmədyarov Minsk qrupu həmsədrləri ilə görüşəcək

ATƏT-in Minsk qrupu həmsədrləri Azərbaycan və Ermənistanın xarici işlər naziri Elmar Məmmədyarov və Edvard Nalbandyanla görüşəcəklər.


 

APA-nın məlumatına görə, bu barədə amerikalı həmsədr Ceyms Uorlik “Twitter” səhifəsində yazıb.

 

“Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə Qarabağ məsələsini müzakirə etmək üçün Brüsselə gəlmişəm. Biz münaqişənin danışıqlar yolu ilə nizamlanmasına çalışırıq”, -deyə C. Uorlik qeyd edib.

 

Qeyd edək ki, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Avropa Birliyi “Şərq Tərəfdaşlığı” proqramına daxil olan ölkələrin xarici işlər nazirlərinin iyulun 22-də keçiriləcək 5-ci görüşündə iştirak etmək üçün Brüsseldə səfərdədirlər. Həmsədrlərin nazirlərlə görüşü də bu səfər çərçivəsində baş tutacaq.

 

Ermənistan XİN E. Nalbandyanın həmsədrlərlə görüşəcəyini artıq təsdiqləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 381
avatar

Oxşar yazılar