Xarici işlər naziri Elmar Məmmədyarov dünən Belqradda keçirilən ATƏT Nazirlər Şurasının 22-ci iclası çərçivəsində Maltanın xarici işlər naziri Corc Vella ilə görüşüb.
Lent.az-ın XİN-in saytına istinadən məlumatına görə, görüş zamanı nazirlər Azərbaycan və Malta arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi yollarına dair fikir mübadiləsi aparıblar. Onlar iqtisadiyyat, enerji və turizm kimi sahələrdə əməkdaşlığın gücləndirilməsi üçün geniş imkanların mövcudluğunu qeyd ediblər.
Görüşdə ikitərəfli əlaqələrin inkişafı məqsədilə müqavilə - hüquq bazasının inkişafı və qarşılıqlı səfərlərin vacibliyi vurğulanıb.
Həmçinin, tərəflər arasında iki ölkənin Diplomatik Akademiyaları arasında əməkdaşlıq məsələləri də müzakirə olunub.