Elmar Məmmədyarov ABŞ müdafiə nazirinin baş müşavirini qəbul edib
17 yanvar 2013 18:57 (UTC +04:00)

Elmar Məmmədyarov ABŞ müdafiə nazirinin baş müşavirini qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ müdafiə nazirinin baş müşaviri Ketlin Hiksin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Elmar Məmmədyarov Azərbaycan-ABŞ münasibətlərinin inkişafından məmnunluğunu bildirib.

 

Xarici işlər naziri iki ölkə arasında xüsusilə enerji və təhlükəsizlik sahələrində əməkdaşlığın bundan sonra da davam etdirilməsinin əhəmiyyətli olduğunu qeyd edib. Ketlin Hiks isə Azərbaycana səfərinin onda dərin təəssürat yaratdığını söyləyib. O, Azərbaycanın Əfqanıstandakı sülhməramlı missiyada iştirakının və bu missiyanın həyata keçirilməsində verdiyi töhfənin ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini dilə gətirib. Ketrin Hiks ölkəsinin Azərbaycanla müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı bundan sonra da genişləndirməkdə maraqlı olduğunu nəzərə çatdırıb. 

 

Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 471
avatar

Oxşar yazılar