Elmar Məmmədyarov: “Avropa İttifaqına girişinizə ömürlük qadağa qoyurlar"
11 sentyabr 2014 23:39 (UTC +04:00)

Elmar Məmmədyarov: “Avropa İttifaqına girişinizə ömürlük qadağa qoyurlar"

“Avropa İttifaqında bəzi qüvvələr tərəfindən Azərbaycana qarşı ikili standartlar yürüdülür". APA-nın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov avstriyalı həmkarı Sebastyan Kurtsla birgə keçirdiyi mətbuat konfransında deyib.

 
 
 
Nazir qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyan dövlətlərin bəzi məmurları, deputatları və jurnalistləri tərəfindən vaxtaşırı separatçı rejimi dəstəkləyən fikir və addımlar sərgilənir: "Onlara hansısa şəkildə xəbərdarlıq olunmur, heç bir tədbir görülmür. Halbuki bizim də hörmət etdiyimiz və tanıdığımız beynəlxalq hüquq prinsiplərinə görə, digər dövlətin suverenliyinə hörmət etmək, onun ərazilərinə daxil olarkən qanunları ilə hesablaşmaq lazımdır. Təəssüf ki, bir sıra məsələlərdə Azərbaycana qarşı ikili standart görürük. Bu ikili standart Qarabağ münaqişəsinin də ədalətli həllinə mane olur".
 
 
 
 
 
Nazir qeyd edib ki, qanunsuz səfərlərin qarşısını almaq üçün Azərbaycan bu addımı atan şəxslərin adlarını dərhal qara siyahıya daxil edir: "Lakin bu da mövcud problemin qarşısını almaq üçün yetərli deyil. Konkret hansı addım atılmadır deyə bilmərəm, amma bircə onu deyim ki, siz Avropa İttifaq ölkələrindən birinə vizasız səfər etsəniz, həbs olunarsınız, Avropa İttifaqından xaric edilərsiniz. Həmçinin sizin Avropa İttifaqına girişinizə ömürlük qadağa qoyular".
 
 
 
E.Məmmədyarov əlavə edib ki, Azərbaycan Avropa İttifaqı ilə iqtisadi əməkdaşlığa böyük önəm verir: "Bizim iqtisadi münasibətlərimiz son illərdə sürətlə artıb. Assosiativ Sazişə də Azərbaycanın mövqeyi bəllidir. Azərbaycan nəinki iqtisadi və  siyasi münasibətləri inkişaf etdirmək, Avropa İttifaqı ilə strateji tərəfdaşı olmaq niyyətindədir. Bizim tərəfimizdən Avropa İttifaqına qarşı ancaq isti münasibətlər var. İstərdik ki, bu münasibətlər qarşılıqlı olsun".
 
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1417
avatar

Oxşar yazılar