Əliyev-Sarkisyan görüşü ilin sonunadək baş tuta bilər
20 iyul 2015 20:27 (UTC +04:00)

Əliyev-Sarkisyan görüşü ilin sonunadək baş tuta bilər

ATƏT Minsk Qrupunun həmsədrləri ilin sonunadək Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü təşkil etməyə ümid edirlər. APA-nın  “NEWS.am”a istinadən verdiyi xəbərə görə, bu barədə İrəvanda səfərdə olan Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik keçirdiyi mətbuat konfransında bildirib.

 

“Prezidentlərin bu il görüşəcəyinə ümid edirik. Münaqişənin danışıqlar yolu ilə nizamlanmasına gətirəcək prosesin davam etdirilməsi  üçün görüşlərin keçirilməsi vacibdir”, deyə Uorlik bildirib.  

 

Amerikalı həmsədrin sözlərinə görə, hazırda nizamlanmanın prinsip və elementləri müzakirə edilir, lakin tərəflər hələ ki  daha konkret müzakirələr mərhələsinə nail olmayıblar.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 471
avatar

Oxşar yazılar