Əli Kərimlinin evinin qarşısında aksiya keçirilib
09 aprel 2016 12:19 (UTC +04:00)

Əli Kərimlinin evinin qarşısında aksiya keçirilib

Bu gün bir qrup gənc Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin yaşadığı evin qarşısında etiraz aksiyası keçirib.

 

APA-nın məlumatına görə, aksiya iştirakçıları Ə. Kərimlinin son günlər cəbhədə baş verən hadisələrlə bağlı Azərbaycan dövlətinin siyasətinə qarşı çıxmasını tənqid edib, ermənipərəst siyasət yürütdüyünü bildiriblər.  

 

Aksiya iştirakçıları "Şəhidlərin qanından istifadə etmə!", "Ar olsun!" şüarları səsləndiriblər.

 

Onlar gəncləri ölkə başçısı İlham Əliyevin ətrafında birləşməyə və Ə. Kərimlinin fikirlərinə əhəmiyyət verməməyə çağırıblar.

 

Aksiya polisin müdaxiləsi ilə dağıdılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 285
avatar

APA Baycan

Oxşar yazılar