Elçin Mirzəbəyli deputatlığa namizədliyini geri götürdü
12 oktyabr 2015 11:31 (UTC +04:00)

Elçin Mirzəbəyli deputatlığa namizədliyini geri götürdü

0

"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli parlament seçkilərində iştirakını dayandırıb.

 

Lent.az-ın məlumatına görə, o, bu barədə öz “Facebook” hesabında məlumat yayıb. Baş redaktor yazıb ki, istər indi, istərsə də bundan sonra keçiriləcək seçkilərdə hər hansı bir statusla iştirak etməməyi düşünür: “Yola davam edən dəyərli dostlarıma fərd olaraq bacardığım dəstəyi verəcəyəm. Qərarımın doğru olduğuna qətiyyən şübhə etmirəm. Bugünədək canım qədər sevdiyim dövlətimin və ayrılmaz bir parçası olduğum millətimin adına xələl gətirəcək addım atmamışam. Fədakarlıq mənim qanımda, ruhumdadır! Bütün addımlarımı öz qənaətimə uyğun və inanaraq atmışam. Bundan sonra da eyni fədakarlıqla doğru bildiyim yola davam edəcəyəm. İstiqlalı uğrunda gəncliyimi, inkişafı yolunda ömrümün ən gözəl illərini göz qırpmadan fəda etdiyim dövlətimdən tək istəyim mənə öz təcrübəmdən və bacarığımdan layiqincə istifadə etmək imkanının tanınmasıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 231

Oxşar yazılar