Türkiyənin baş naziri Əhməd Davudoğlu “Günəşli” neft yatağının 10 saylı platformasında baş vermiş yanğın nəticəsində insanların ölümü ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib. Lent.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Davudoğlunun başsağlığı məktubunda deyilir:
“Hörmətli Prezident, əziz qardaşım,
Dekabrın 4-də qardaş Azərbaycana rəsmi səfərdən qayıdandan sonra Xəzər dənizinin “Günəşli” yatağındakı 10 saylı platformada yanğın nəticəsində insan ölümü ilə bağlı xəbəri dərin kədər hissi ilə qarşıladım.
Hökumətim adından və şəxsən öz adımdan qəzada həyatını itirənlərə Allahdan rəhmət, xəsarət alanlara şəfa diləyir, Zati-alinizə, həlak olan insanların ailələrinə və qardaş Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm”.