Əfqanıstanın Prezidenti Məhəmməd Əşrəf Qaninin Azərbaycana rəsmi səfəri bu gün başa çatıb.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, Azərbaycan və Əfqanıstanın dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Əfqanıstan Prezidentini hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola salıblar.