Ədliyyə Nazirliyinin media təmsilçisi təqaüdə göndərilib
30 dekabr 2015 10:32 (UTC +04:00)

Ədliyyə Nazirliyinin media təmsilçisi təqaüdə göndərilib

 

 

Ədliyyə Nazirliyində kadr dəyişikliyi baş verib.

 

APA-nın məlumatına görə, nazirliyin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin informasiya qrupunun rəhbəri Aydın Ağazadə ədliyyə orqanlarında qulluqda olmanın son yaş həddinə çatması ilə əlaqədar olaraq təqaüdə göndərilib.

 

Məlumata görə, A. Ağazadə bununla bağlı ərizə ilə nazirliyə müraciət edib. Nazirlik onun müraciətinə müsbət cavab verib.

 

 

Qeyd edək ki, yazıçı-publisist Aydın Ağazadə uzun illərdir ki, Ədliyyə Nazirliyində mətbuatla əlaqələrə məsul şəxs kimi çalışıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 278
avatar

Oxşar yazılar