Serbiya prezidenti Tomislav Nikoliç Ilham Əliyevə başsağlığı verib.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, başsağlığında bildirilir:
“Hörmətli cənab Prezident,
Güclü qasırğa nəticəsində Xəzər dənizinin “Günəşli” yatağında baş vermiş faciə ilə əlaqədar Serbiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizə dərin hüznlə başsağlığı verirəm.
Həlak olanların doğmalarının və yaxınlarının kədərini bölüşür, xəsarət alanlara tezliklə sağalmalarını arzu edirik.
Zati-aliləri, xahiş edirəm yüksək ehtiramımı qəbul edəsiniz”.
Həmçinin, Moldova Respublikasının prezidenti Nikolaye Timofti, Litva Respublikasının prezidenti Dalya Qribauskayev də Azərbaycan prezidentinə başsağlığı məktubu göndərib.