DSK-lar seçkinin nəticələrinə dair protokolları MSK-ya təqdim edib
04 noyabr 2015 12:59 (UTC +04:00)

DSK-lar seçkinin nəticələrinə dair protokolları MSK-ya təqdim edib

0

 

Milli Məclisə noyabrın 1-də keçirilmiş seçkilərlə əlaqədar 125 dairə seçki komissiyası (DSK) seçki dairələri üzrə seçkilərin nəticələrinin müəyyən olunması, protokolların tərtib edilməsi və protokolların 1-ci nüsxələrinin onlara əlavə edilmiş sənədlərlə birlikdə Mərkəzi Seçki Komissiyasına  (MSK) təqdim olunması prosesini başa çatdırıblar.

 

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Seçki Məcəlləsinə əsasən DSK-lar seçki dairələri üzrə seçkilərin nəticələrinin müəyyən olunması, DSK-ların protokollarının  tərtib edilməsi və protokolların 1-ci nüsxələrinin onlara əlavə edilmiş sənədlərlə birlikdə MSK-ya təqdim olunması prosesini səsvermə günündən ən geci 2 gün keçənədək başa çatdırmalıdırlar.

 

Milli Məclisə seçkilərlə əlaqədar DSK-lar bu prosesi noyabrın 3-dən gec olmayaraq,  səsvermə günündən sonra 48 saat ərzində başa çatdırıblar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 255

Oxşar yazılar