İlham Əliyev Ağır Atletika Federasiyasının prezidentini qəbul edib
05 aprel 2016 15:10 (UTC +04:00)

İlham Əliyev Ağır Atletika Federasiyasının prezidentini qəbul edib

 

Prezident İlham Əliyev aprelin 5-də Beynəlxalq Ağır Atletika Federasiyasının prezidenti Tomaş Ayanı qəbul edib.

 

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, ölkədə və paytaxt Bakıda gedən inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyən Beynəlxalq Ağır Atletika Federasiyasının prezidenti Tomaş Ayan Azərbaycanın artıq mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edən bir məkana çevrildiyini qeyd edib. T. Ayan ötən il Bakıda birinci Avropa Oyunlarının ən yüksək səviyyədə keçirildiyini də vurğulayıb. Bu ilin iyun ayında isə Bakının Formula 1 yarışlarına ev sahibliyi etməsinin əhəmiyyətinə toxunan T.Ayan bu yarışın bütün dünyada böyük maraqla izlənildiyini deyib və yarışları izləmək üçün Bakıya Avropa ölkələrindən çoxlu sayda turistlərin gələcəyini də qeyd edib.

Dövlət başçısı isə Formula 1 yarışlarının böyük marağa səbəb olacağına əminliyini ifadə edib və bu məqsədlə ölkəyə çoxlu sayda turistlərin gələcəyinə ümidvar olduğunu bildirib.

Görüşdə Azərbaycanda idmanın ayrı-ayrı növlərinin, o cümlədən ağır atletikanın inkişafına dövlət səviyyəsində diqqət göstərilməsinin əhəmiyyəti vurğulanıb, Azərbaycanın idman sahəsində beynəlxalq əməkdaşlıq işinə böyük töhfələr verdiyi qeyd olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 203
avatar

Oxşar yazılar